Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Rusiyada sərnişin avtobusu qəzaya uğrayıb: 15 yaralı

Rusiyada sərnişin avtobusu qəzaya uğrayıb: 15 yaralı

Helikopter qəzaya uğradı (25 Mart 2017 09:57)
Təyyarə yerə düşdü: hamı sağ qaldı (20 Mart 2017 20:59)
Sərnişin təyyarəsi qəzaya uğradı, 44 ölü var (20 Mart 2017 19:18)

Tarix: 30 Oktyabr 2016 11:37

Rusiyanın Saratov vilayətinin Tatişevsk rayonunda yol qəzası baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Karyakin kəndinin 5 kilometrliyində qeydə alınıb.
Belə ki, sərnişin avtobusunun aşması nəticəsində 15 nəfər xəsarət alıb. Onlardan biri onurğa sınığıyla xəstəxanaya yerləşdirilib.
"Qəza zamanı 15 nəfər xəsarət alıb. Onların əksəriyyətində yüngül kəsiklər və zədələr var", - deyə fövqəladə xidmətlərdəki mənbə agentliyə bildirib. Onun sözlərinə görə, avtobusun sərnişinlərindən biri Özbəkistan vətəndaşıdır. 
Hadisə zamanı nəqliyyat vasitəsində ümumilikdə 24 sərnişin olub.

Milli.Az


Teqlər:  Rusiyada sərnişin avtobusu qəzaya uğrayıb 15 yaralı



RƏYLƏR


Top xəbərlər