Ərəb koalisiyasının Yəmənə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 45-ə çatıb

Ərəb koalisiyasının Yəmənə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 45-ə çatıb
12:02 30 Oktyabr 2016
48 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 30 oktyabr. REPORT.AZ/ Ərəb ölkələri koalisiyası hərbi qüvvələrinin Yəmənin qərbində yerləşən və husilərin nəzarəti altında olan Hudeydə şəhərinə endirdikləri hava zərbələri nəticəsində həlak olanların sayı 45 nəfərə çatıb.
"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər yayıb.
Məlumata görə, koalisiya qüvvələri hava zərbələrini şənbə günü, gecə saatlarında endiriblər. Ölənlər arasında üsyançılarla yanaşı, şəhərdəki həbsxananın məhbusları da var.
Agentliyin xəbərində bildirilir ki, bombardmana məruz qalmış həbsxanada 80-ə yaxın məhbus olub. Bombardmanları zamanı burada 3 partlayış baş verib.
Qeyd edək ki, ilkin məlumatda 30 nəfərin öldüyü bildirilirdi.
Yəməndə vətəndaş qarşıdurması 2014-cü ildən davam edir. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/yemene-endirilmis-hava-zerbeleri-neticesinde-olenlerin-sayi-45-e-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR