Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tur başa çatacaq.
Publika.az xəbər verir ki, Zirə qəsəbəsində eyniadlı komanda “Kəpəz”i qonaq edəcək. Komandalar turnir cədvəlində eyni xalla qonşu pillələrdə qərarlaşıb. Bu görüşdə qələbə qazanan komanda 4-cü pillədə şəriksiz möhkəmlənəcək.
Turun son matçı isə “İnter”lə”Sumqayıt” arasında baş tutacaq. “Bankirlər” “Qəbələ” və “Qarabağ”dan çox uzaqlaşmamaq üçün bu oyunda mütləq qələbə qazanmalıdır.
Azərbaycan Premyer Liqası, 10-cu tur
30 oktyabr
14:00 Zirə - Kəpəz
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Vüsal Qənbərov, Cavanşir Yusifov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
Zirə. İdman kompleksinin stadionu
16:00 İnter - Sumqayıt
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Diniyev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
Bakı. “İnter Arena”
29 oktyabr
Qəbələ - Neftçi 4:1
Sergey Zenyov, 12; 59. Asif Məmmədov, 62. Rəşad Eyubov, 77 - Araz Abdullayev, 49.
AZAL - Qarabağ 0:1
Muarem Muarem, 63.