Deputat 38 milyard dollar qazandığını bəyan etdi - ŞOK SƏNƏD

Deputat 38 milyard dollar qazandığını bəyan etdi - ŞOK SƏNƏD
12:59 30 Oktyabr 2016
116 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynada “Aydar” könüllülər batalyonunun keçmiş komandiri, Ali Radanın deputatı Sergey Melniçuk gəlir bəyannaməsini açıqlayaraq hamını mat qoyub.

 

Lent.az virtualaz.org-a istinadən xəbər verir ki, Melniçuk ötən ilki gəlirinin 38.7 milyard dollar olduğunu göstərib. Özü də bu gəlirləri nəğd şəkildə əldə etdiyini qeyd edib.

 

Əgər deputatın açıqladığı rəqəm doğrudursa o, “Forbes”in versiyasına görə dünyada ən çox qazanan adamdır və bu göstərici üzrə “Google” şirkətinin qurucusu Sergey Brindən də varlı adamdır. Belə ki, həmin sərvətlə deputat dünyanın ən varlı adamları siyahısında 12-ci yerə tutmuş olur.

 

Hansı ki, Melniçukun maaşı ayda cəmi 2.9 min dollardır. Belə çıxır ki, onun pulu məşhur filantrop Corc Sorosun pulundan 14 milyard dollar çoxdur. Belə ki, Soros ötən il cəmi 24.9 milyard dollar qazanıb və dünyanın ən varlı adamları siyahısında 28-cidir.

 

Habelə deputatın elan etdiyi gəliri Ukraynanın qızıl-valyuta ehtiyatlarının həcmindən az qala iki dəfə çoxdur. Bu ehtiyatlar hazırda 14.5 milyard dollardır. Lakin Melnçenkonun maşınları onun pulu ilə adekvat deyil. Gəlir bəyannaməsinə əsasən Melniçenkonun 1994-cü ildə buraxılmış  Jeep Grand Cheroke avtomobili və 1988-ci il istehsalı olan “Qaz 24”-ü var. Habelə onun Vinnitsa şəhərində cəmi 65 kvadratmetrlik mənzili və həmin vilayətdə 2500 kvadratmetrlik torpaq sahəsi mövcuddur.

 

Bu baxımdan Ukrayna KİV-ləri yazır ki, ola bilsin keçmiş “kombat”-indiki deputat gəlir bəyannaməsini doldurarkən səhvə yol verib, yaxud özü zarafatla bu rəqəmi yazıb və reaksiyaları izləyir. Hələlik keçmiş “kombat” 38.7 milyard dollarlıq gəliri haqda açıqlama verməyib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258068

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR