"Nəhayət ki, "Camp Nou" əsl stadiona oxşadı"

"Nəhayət ki, "Camp Nou" əsl stadiona oxşadı"
13:12 30 Oktyabr 2016
87 İdman
Ölkə mətbuatı
A- A+

"Barcelona" La Liqanın 10-cu turunda evdə 3 xal qazanıb. Katalonlar "Granada"nı 1 qolla məğlub ediblər. Goal.az xəbər verir ki, matçdan sonra baş məşqçi Luis Enrike azarkeşlərin dəstəyindən razılığını ifadə edib.

"Biz hər oyunda böyük fərqlə qalib gələ bilmərik. Ən yaxşı oyunumuzu keçirməsək də, futbolçular düzgün yanaşma göstərdilər. "Granada" müdafiədən oynayırdı. Onlar dərin və yaxşı müdafiə olunurdular. Bütün komandalar belə etmir. "Manchester City" ilə görüşdə pressinqə hesablanmış oyun əsas olacaq. Azarkeşlərin matç boyu oxuması və komandaya dəstək verməsi məni sevindirdi. Futbolçular bunu qiymətləndirirlər. Nəhayət ki, "Camp Nou" əsl stadiona oxşadı".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/484577.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR