Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda it döyüşləri keçirilir - UDANA MÜKAFAT VERİRLƏR

Azərbaycanda it döyüşləri keçirilir - UDANA MÜKAFAT VERİRLƏR

Date: 30 October 2016 14:39

Hazırda Bərdədə it döyüşü həvəskarları toplaşıb.

 

Lent.az xəbər verir ki, bu barədə musavat.com-a it döyüşü keçirilən ərazidə olan vətəndaşlardan biri məlumat verib.

 

O deyib ki, bu, sadəcə ikili döyüşlərdir, çempionat deyil. Kim istəsə, öz itini bəhsə qoşulmağa həvəsi olan digər birinin iti ilə boğuşdurur. Ortaya, kimin gücü nəyə çatırsa, bəhs məbləği də qoyulur.

 

Hazırda Azərbaycanın ən müxtəlif bölgələrindən öz itləri ilə Bərdəyə gələn həvəskarlar orada it boğuşdurmaqla məşğuldurlar.

 

Qeyd edək ki, it boğuşdurma, xoruz döyüşdürmə Azərbaycanda qədim zamanlarda da mövcud olub. İspanlarda öküzlə insanın döyüşü – korrida olduğu kimi, bizdə də bu azart milli köklərimizdən gəlir.

 

Lakin hazırda Azərbaycanda it və xoruz döyüşləri rəsmi olaraq yasaqlanıb.






Tags:  Azərbaycanda it döyüşləri keçirilir UDANA MÜKAFAT VERİRLƏR


RƏYLƏR


Top news