"Bavariya" keçmişinin araşdırılmasını istədi

"Bavariya" keçmişinin araşdırılmasını istədi
14:42 30 Oktyabr 2016
43 İdman
Ölkə mətbuatı
A- A+

"Bayern Munich" 1930 və 40-cı illərdə nasizmə qarşı apardığı mübarizənin müstəqil şəkildə araşdırılmasını istəyir. Goal.az xəbər verir ki, münhenlilər "Der Spiegel" nəşrində dərc olunan fikirlərə görə belə qərar qəbul ediblər.

1900-cü ildə təsis olunan "Bayern" uzun illər Bohemiya yəhudiləri ilə sıx bağlı olmuşdu. 1913-51-ci illərdə yəhudi əsilli Kurt Landauer klub prezidenti kimi çalışmışdı. Amma bu period tam deyil. Landauer 1938-ci ildə nasistlər tərəfindən İsveçrəyə sürgün edilmiş və yalnız 1947-ci ildə Almaniyaya geri dönmüşdü. "Bayern Munich"i tarixində ilk dəfə ölkə çempionu edən (red. 1932-ci il) prezident Rixard Dombio da milliyyətcə yəhudi idi. Dombio fəaliyyətini sonralar "Barcelona" və "Feyenoord"da davam etdirmişdi. Nasistlər tərəfindən "Judenklub" ("yəhudilərin klubu") adlandırılan "Bavariya" onlara qarşı kiçikmiqyaslı və özünəməxsus müqavimət göstərməyə başlayır. 1936-cı il Berlin Olimpiadası zamanı klubun vineri Villi Simetsreyter qaradərili atlet Cessi Ounerslə şəkil çəkdirir. Kapitan Konni Heydkamp isə metal toplayan nasist məmurlarından gümüş medalını gizlədir. 1940-cı ildə "Geneva" ilə yoldaşlıq görüşü keçirən "Bavariya" üzvləri sürgündə olan Landauerlə görüşürlər. Bu isə gestaponun qəzəbinə səbəb olur. Nasizmə qarşı yadda qalan fəaliyyətinə görə "Bayern" 2005-ci ildə Culius Hirş mükafatına da layiq görülüb. Buna baxmayaraq, "Spiegel" nəşrinə açıqlama verən tarixçi Markvart Herzoq demişdi:

"İlkin olaraq bu nəticəyə gəlmişik ki, həmin illərdə "Bavariya"nın işi əksər klublardan fərqlənməyib. Onun tarixi düşündüyümüz kimi fədakar deyil". ""Bayern" və onun yəhudiləri" kitabının müəllifi olan Ditrix Şults-Marmelinq isə bu fikirlərlə qətiyyən razılaşmır. Bu səbəbdən "Bavariya" həmin dövrün araşdırılmasını tarixçi və ekspertlərə həvalə tərəfdarı kimi çıxış edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/484588.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR