Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Prezident seçkilərində 3 nəfər həbs edildi - SAXTAKARLIQ

Prezident seçkilərində 3 nəfər həbs edildi - SAXTAKARLIQ

Azərbaycanda yaşayan Fransa vətəndaşları prezident və parlament seçkilərində səs verə biləcəklər (09 Mart 2017 09:37)
Ağ Ev ABŞ-da keçirilmiş prezident seçkilərində saxtakarlıq barədə sübutların olduğunu açıqlayıb (13 Fevral 2017 10:12)

Tarix: 30 Oktyabr 2016 14:48

ABŞ-ın Virciniya və Florida ştatlarında polis erkən prezident seçkiləri proseduru zamanı saxtakarlığa yol verilməsi ittihamı ilə 3 nəfəri həbs edib.

Publika.az xəbər verir ki, Floridada 2, Virciniyada isə 1 nəfər saxlanılıb.

Floridadakı seçki məntəqəsinin 74 yaşlı əməkdaşı Qlaqos Kogqo qəsdən düzgün olmayan seçki sənədlərini qeydiyyata almaqda günahlandırılır. Saxlanılanlardan Tomiqa Korqel isə erkən seçkilər zamanı ölən 5 şəxsin səsini qeydiyyata almaqda ittiham edilir.

Virciniyada isə afroamerikalı Vafalay Massaki mövcud olmayan seçiciləri qeydiyyatdan keçirməkdə günahlandırılır. Onu 40 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Virciniya və Florida ştatları hazırda respublikaçıların namizədi Donald Tramp və demokratların namizədi Hillari Klintonun bir biri ilə müqayisədə açıq üstünlüyə malik olmadıqları əsas ştatlar sırasındadır.


Teqlər:  Prezident seçkilərində nəfər həbs edildi SAXTAKARLIQ



RƏYLƏR


Top xəbərlər