Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Zakir Həsənov pilotsuz uçuş aparatlarının sınağını izlədi - FOTO

Zakir Həsənov pilotsuz uçuş aparatlarının sınağını izlədi - FOTO

Date: 30 October 2016 14:57

Pilotsuz uçuş aparatlarının döyüş imkanları nümayiş etdirilib
Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının yoxlanılması məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi aviasiya bazalarından birində olub.
Milli.Az nazirliyin saytına istinadən bildirir ki, müdafiə naziri uçuş və texniki heyətlə görüş keçirib, hərbi aviasiyanın döyüşə hazırlığının səviyyəsini, onun imkanları və effektiv istifadəsini, uçuş-enmə zolaqlarını, trenajor siniflərini, yardımçı bina və tikililərin mövcud vəziyyətini yoxlayıb.

Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı cənab İlham Əliyev tərəfindən ordu quruculuğu sahəsində qarşıya qoyulan vəzifələr zabit heyəti ilə keçirilən görüşdə şəxsi heyətin diqqətinə çatdırılıb.

Müdafiə nazirinə yerli istehsal olan yeni növ pilotsuz uçuş aparatlarının döyüş qabiliyyəti, praktiki uçuşları, heyətlərin hazırlığı və yerüstü idarəetmə stansiyasının imkanları nümayiş etdirilib.
Müdafiə naziri hərbi pilotların uçuş praktikası, onların təlim-məşq hazırlığının plana müvafiq şəkildə həyata keçirilməsi ilə bağlı Hərbi Hava Qüvvələrinin komandanlığı qarşısında tapşırıqlar qoyub.
Görüşün sonunda nazirliyin rəhbər heyəti uçuş və texniki heyətlə birgə nahar ediblər.

Milli.Az










Tags:  Zakir Həsənov pilotsuz uçuş aparatlarının sınağını izlədi FOTO

RƏYLƏR


Top news