Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ən gözəl modellərlə görüşən oliqarxlar – FOTOLAR

Ən gözəl modellərlə görüşən oliqarxlar – FOTOLAR

Date: 30 October 2016 15:18

Hər bir güclü kişinin arxasında zəif və zərif qadın dayanır, hansı ki, çətin məqamlarda ona dəstək olur və istənilən halda yenidən ayağa qalxmağa kömək edir.

Publika.az bu icmalda dünyanın ən gözəl modelləri ilə görüşən, hətta onlarla ailə quran oliqarxların siyahısını hazırlayıb.

Lena Perminova 29 yaş - Aleksandr Lebedev 56 yaş

29 yaşlı supermodel Lena Perminova 56 yaşlı rus oliqarxı Aleksandr Lebedevlə evlidir. Cütlüyün 2 oğlu, 1 qızı var.

Kamaliya Zaxur 38 yaş - Məhəmməd Zaxur 60 yaş

38 yaşlı ukraynalı müğənni əslən pakistanlı olan britaniyalı milyarder Məhəmməd Zaxuru özünə aşiq edə bilib. Kamaliya 2008-ci ildə "Dünya gözəli" titulunu qazanıb.

Melanya Tramp 46 yaş - Donald Tramp 69 yaş

Yuqoslaviyalı model ABŞ prezidenti postuna namizədliyini irəli sürən amerikalı milyarder və mesenat Donald Trampın həyat yoldaşıdır.

Polina Yumaşeva 36 yaş - Oleq Deripaska 48 yaş

Polina Rusiyanın ən varlı adamlarından biri - Oleq Deripaskanın həyat yoldaşıdır.

Alyona Qavrilova 29 yaş - Rüstəm Tariko 54 yaş

"Spirt kral"ı kimi tanınan Rüstəm Tariko "Russkiy standart" holdinqinin sahibidir. Onun keçmiş model Alyeona Qavriladan 2007-cu ildə oğlu dünyaya gəlib. “Forbes” jurnalının versiyası üzrə Rüstəm Tarikonun sərvəti 1,75 milyard dollardır. Modellə rusiyalı oliqarx bir neçə il əvvəl ayrılıb.

Oksana Marçenko 43 yaş - Viktor Medvedçuk 61 yaş

Ukraynada məşhur teleaparıcı Oksana Marçenko tanınmış biznesmen və siyasətçi Viktor Medvedçukun həyat yoldaşıdır.

Salma Hayek 49 yaş - Fransua-Anri Pino 53 yaş

Məşhur aktrisa fransız oliqarxı Fransua-Anri Pinonun həyat yoldaşıdır. Fransalı oliqarx “Christies” auksion evinin, eləcə də çoxsaylı moda brendlərinin direktorudur.

Сальма Хайек

Darya Jukova 34 yaş - Roman Abramoviç 49 yaş

Roman Abramoviçin 34 yaşlı rəfiqəsi onun həyatında mühüm yer tutur. Oliqarx sevgilisi Darya Jukovanı demək olar ki, həmişə və hər yerdə müşayiət edir. Öz sevgilisini bütün dünyaya nümayiş etdirməkdən zövq alan Roman Abramoviç bununla sübut etməyə çalışır ki, oliqarxlar da sevə bilər.

Дарья Жукова

Aleksandro Nikolaenko 35 yaş - Filla Rafin 80 yaş

Ukraynalı modeli amerikalı milyarder Filla Rafinin həyat yoldaşıdır. 2012-ci ildə modelin milyarderdən bir oğlu dünyaya gəlib.

Loi Zilin 28 yaş - Vladimir Doronin 53 yaş

2011-ci ilin “Kainat gözəli” titulunun sahibi olan fotomodel rusiyalı oliqarx Vladimir Doroninin sevgilisidir. Yeri gəlmişkən, bu rus oliqarx əvvəllər Naomi Kempbellə görüşüb.

Ulyana Sergeyenko 35 yaş - Daniil Xaçaturov 44 yaş

Rusiyalı milyarder, "Rosqosstrax" şirkətinin prezidenti Daniil Xaçaturovun keçmiş həyat yoldaşı Ulyana Sergeyenko dünyanın ən yaxşı geyinən insanları siyahısına düşən yeganə rusdur. Bundan başqa, o, ilk rus dizayneridir ki, Parisdə “Dior” və “Chanel” kimi böyük moda evləri ilə yanaşı öz kolleksiyasını nümayiş etdirmək şansı qazanıb. Tanınmış modelyerin Daniil Xaçaturovla nikahından bir qızı var. Cütlük 2014-cü ildə boşanıb.

Aytən


Tags:  gözəl modellərlə görüşən oliqarxlar FOTOLAR

RƏYLƏR


Top news