"Uzuncorab Peppi" azərbaycanca danışdı - FOTO

"Uzuncorab Peppi" azərbaycanca danışdı - FOTO
15:32 30 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Uzuncorab Peppi" ilk dəfə Azərbaycan dilində nümayiş etdirildi

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İsveç uşaq ədəbiyyatının məşhur nümayəndəsi Astrid Lindqrenin "Uzuncorab Peppi" romanı əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.  
Milli.Az bildirir ki, tamaşa Dövlət Gənc Tamaşaçılar Teatrı, İsveç Krallığının Azərbaycandakı səfirliyi və Azərcell şirkətinin birgə layihəsi əsasında hazırlanıb. Eyniadlı romanın motivləri əsasında Stafan Qotestamın səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Sebastian (Danimarka), aranjmançı Rüfət Ramazanov, məsləhətçi görkəmli isveç rejissoru Ronni Danielsson, rejissor assistenti Sona Mustafayevadır.  

Yeni səhnə əsərində əsas obrazları əməkdar artistlər Nəsibə Eldarova, Gülər Nəbiyeva, aktyorlar Zümrüd Quliyeva, Xəyalə Meydanova, Anar Seyfullayev, Gülbəniz Mustafayeva, Aygün Fətullayeva, Güşvər Şərifova, İlqarə Tosova, Venera Abbasova, Hüsniyyə Əhmədova, Xalidə Əliməmmədova, Könül Əbilova, Eyvaz İbrahimov, Elgün Yəhyayev, Vahid Orucoğlu və Ramil Məmmədov ifa ediblər. 

Anasız Peppinin atası dənizdədir. O, tənha qalıb. Belə bir vaxtda onun ən yaxın dostu meymun, bir də atdır. Buna baxmayaraq, o, özünə yeni dostlar da tapır. Lakin bu dostların anası və ətraf  Peppinin sərbəstliyini, qeyri-adi hərəkətlərini anormal sayırlar. 

Sosial təminat şöbəsi isə onu uşaq evinə göndərmək üçün çalışır. Son anda atası gəlib qızını onu anlamayan insanların əlindən qurtarır. 

Tamaşada sahibsiz qalanlara sahib durmaq, köməksizlərə əl uzatmaq, vətənpərvər, insanpərvər olmaq, ailə tərbiyəsinin əhəmiyyəti barədə çoxlu fikirlər səslənir. 
Gənc tamaşaçılar üçün böyük tərbiyəvi əhəmiyyəti olan bu tamaşa aktyor oyunu, gözəl dekorasiyası və bir sıra yaxşı məziyyətləri ilə maraqla baxılır.

Qeyd edək ki, sözügedən teatr layihəsi bu ilin əvvəlində səfirlik, Azercell şirkəti və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə kitab layihəsinin davamı olaraq təqdim olunur. Belə ki, qeyd olunan kitab layihəsi çərçivəsində Astrid Lindqrenin əsərlərindən ibarət  9 ədəd uşaq kitabı Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub və 610 qaçqın məktəbinin kitabxanalarına hədiyyə edilib. 

Məlumat üçün bildirək ki, 2014-cü ildə başqa bir beynəlxalq layihə çərçivəsində A.Lindqrenin "Balaca və damda yaşayan Karlson" əsəri böyük uğurla səhnələşdirilib. Tamaşa teatrın cari repertuarında oynanılmaqdadır. 

Milli.Az 



RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İsrail Suriya ordusunu bombalamasının səbəbini açıqladı

25 İyun 2017 02:54

Dənizdə bir nəfər itkin düşdü

25 İyun 2017 02:35

Sehrli aləmlərdəki meşə pəriləri - FOTO

25 İyun 2017 02:32

İsrail Suriyada yaşayış evlərini raket atəşinə tutub, azı 25 nəfər yaralanıb

25 İyun 2017 02:12

Donald Tramp: "Ramazan bayramı bizə mərhəmət, şəfqət və xoşməramlılığın vacibliyini xatırladır"

25 İyun 2017 01:52

Misir prezidenti adaları Səudiyyəyə verildi

25 İyun 2017 01:43

İngiltərənin baş naziri müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik edib

25 İyun 2017 01:32

Evdə doğan sevgitlisinin fotolarını çəkdi - FOTO

25 İyun 2017 01:32

Gəncədə yanğın -

25 İyun 2017 01:28

Suriya ordusu Deyr-əz-Zora hücumun qarşısını alıb, 20 terrorçu öldürülüb

25 İyun 2017 01:17

İmişlidə oğurluq edən iki qardaş tutuldu

25 İyun 2017 01:13

İranda terror aktı hazırlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

25 İyun 2017 00:32

Londonda növbəti həyəcan -

25 İyun 2017 00:24

Astroloji proqnoz - 25 iyun

25 İyun 2017 00:13

Günün qoroskopu: xaotik hərəkətlərdən çəkinin

25 İyun 2017 00:05

Dənizdə batan şəxsin axtarışı aparılır

25 İyun 2017 00:04

Jobs iPhone-nu kimin acığına yaratmışdı?

24 İyun 2017 23:57

SSRİ-nin qızları - FOTO

24 İyun 2017 23:52

Duzlaşmaya qarşı hansı qidanı istehlak edək

24 İyun 2017 23:47

Dənizdə bir nəfər batıb, axtarış aparılır

24 İyun 2017 23:47

Xanıma ərinin gözləri qarşısında təcavüz etdilər -

24 İyun 2017 23:46

Kiyevdə deputat yol qəzasında ölüb

24 İyun 2017 23:42

SSRİ casuslarının taleyi necə oldu?

24 İyun 2017 23:42

Bakıda “Formula-1”in yuxuluları - FOTO

24 İyun 2017 23:37

İkiüzlü insan olmağınıza şübhə etmirəm...

24 İyun 2017 23:37

0 avroluq əskinaslar çap edildi

24 İyun 2017 23:37

WhatsApp-dan daha bir faydalı yenilik

24 İyun 2017 23:32

Sosial media fenomenləri nə qədər qazanır?

24 İyun 2017 23:27

Rusiya - 3-cü “bədbəxt”

24 İyun 2017 23:27

Ürək və sinir sisteminin möhkəmlənməsi üçün kokteyl

24 İyun 2017 23:22

"Qəbələ"dən növbəti transfer -

24 İyun 2017 23:18

Gözün sağlamlığını qorumaq üçün 6 amil

24 İyun 2017 23:17

Dünya ulduzları Bakı Bulvarında oxudular - FOTO

24 İyun 2017 23:12

Qəlbin nurani olması üçün nə edək?

24 İyun 2017 23:12

Minskdə tank paradın məşqləri zamanı dirəyə çırpılıb

24 İyun 2017 23:12

Gəncədə yaşayış binasında yanğın - Sakinlər təxliyyə edildi

24 İyun 2017 23:08

Tennisi buraxdı, model oldu - FOTO

24 İyun 2017 23:05

Gəncədə binada yanğın olub

24 İyun 2017 23:04

Maşında ölü tapılan sevgililərlə bağlı təfərrüat - Qadın evli imiş

24 İyun 2017 22:57

Tesla musiqi servisini yaradır

24 İyun 2017 22:57

İlham Əliyevdən təbrik məktubu -

24 İyun 2017 22:56

Kamran Şahsuvarlı gümüş qazandı

24 İyun 2017 22:53

Türkiyənin ən məşhur adamının sirli qətli və oğurlanan istintaq materialı -

24 İyun 2017 22:52

İNANILMAZ: 26 yaşı var, 50 yaşında görünür - FOTOLAR

24 İyun 2017 22:49

Yumruğu 90 san ərzində sıxmanın maraqlı faydaları

24 İyun 2017 22:47

Sağlam Gələcək Mərkəzi "Müasir ailənin aktual problemləri” mövzusunda seminar keçirib

24 İyun 2017 22:47

Böyük sirləri özləri ilə o dünyaya aparan məşhurlar

24 İyun 2017 22:42

Mayeni gözlərindən ixrac edir -

24 İyun 2017 22:35

Məşhur hind aktrisa Mayamiyə yollanıb - FOTO

24 İyun 2017 22:32

Pakistandanda öldürülənlərin sayı 85-ə çatdı

24 İyun 2017 22:29