Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Medvedyev: "Salonikidə özümüzü evdəki kimi hiss edə biləcəyik"

Medvedyev: "Salonikidə özümüzü evdəki kimi hiss edə biləcəyik"

Date: 30 October 2016 15:42

"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, müdafiəçimiz PAOK-la qarşıdakı oyunda uğurlu nəticəyə ümid etdiyini söyləyib. 

- Matçla bağlı fikirləriniz?

- Çempionatın vacib oyunlarından biri idi. Rəqibin bizə oynamağa imkan verməyəcəyini bilirdik. AZAL aqressiv futbol sərgiləyir. Bu üzdən də bizdə çox şey alınmadı. Amma Dani Kintana öz ustalığını nümayiş etdirərək əla qol ötürməsi etdi, Muarem də hesabı açdı. Ondan sonra biz bir qədər sakitləşdik və ehtiyatlı oynamağa başladıq.

- Birinci dövrədə darmadağın etdiyiniz rəqibə bu dəfə cəmi bir qol vurmağınız nədən irəli gəlir?

- Birinci dövrədə AZAL-a qarşı fərqli heyətlə oynamışdıq. Qazonun da keyfiyyəti başqa cür idi. Rəqibimiz bu gün çox çirkin oynadı. Bizə öz oyunumuzu göstərməyə imkan vermədilər.

- Qarşıda sizi Yunanıstan PAOK-u ilə vacib Avroliqa matçı var. Həmin oyuna nə dərəcədə hazırsınız?

- Komandada atmosfer əladır. Zədəlilərimiz də sıraya dönüblər. Bircə Rəşad Sadıqovun durumu sual altındadır. Amma onun da oynayacağına inanıram. Baş məşqçinin tələblərini yerinə yetirsək, PAOK-a qarşı səfərdə də yaxşı mübarizə apara bilərik.

- Yunanları səfərdə də məğlub edə biləcəksiniz?

- Rəqib doğma meydanda, azarkeşləri qarşısında oynayır. Biz meydana qələbə üçün çıxacağıq. Amma bizi orada bəzi sürprizlər gözləyə bilər.

- PAOK-un stadionundakı atmosfer sizə nə dərəcədə təsir edə bilər?

- Düşünmürəm ki, bunun ciddi təsiri olsun. Biz Dortmund "Borussia"sına qarşı oynamışıq, onların necə güclü azarkeş dəstəyinin olduğunu görmüşük. Mənə elə gəlir ki, Salonikidə özümüzü evdəki kimi hiss edə biləcəyik.

- Heç-heçə sizin üçün normal nəticə sayıla bilər?

- Bəli. Səfərdə heç-heçə uğurlu nəticədir.

Milli.Az


Tags:  Medvedyev Salonikidə özümüzü evdəki hiss edə biləcəyik

RƏYLƏR


Top news