Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azarkeşi döyən futbolçu "Neftçi"dən getdi

Azarkeşi döyən futbolçu "Neftçi"dən getdi

Date: 30 October 2016 15:52

"Neftçi" PFK rumıniyalı futbolçu Katalin Tira ilə müqaviləyə xitam verib.

Trend-in kluba istinadən verdiyi məlumata görə, bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub.

Klubun icraçı direktoru Orxan Hüseynzadə bununla bağlı açıqlama verib: "Biz Katalin Tira ilə müqaviləyə qarşılıqlı razılıq əsasında təzminat ödəmədən xitam verdik. Sabah ona aylıq məvacib ödəniləcək və tərəflərin bir-birinə heç bir borcu qalmayacaq". 

Bundan başqa, "Neftçi" PFK-nın məşqçilər korpusu əsas komandanın 5 üzvünün əvəzedici heyətə göndərilməsi haqqında qərar qəbul edib. Bunlar qapıçı Krşevan Santini, müdafiəçilər Jayro Rodriges, Vançe Şıkov, Dario Melnyak və hücumçu Denilson Pereyradır.
Buna səbəb bu futbolçuların son oyunlarda uğursuz çıxış etməsidir.

Milli.Az


Tags:  Azarkeşi döyən futbolçu Neftçidən getdi

RƏYLƏR


Top news