Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Müdafiə naziri hərbi aviasiya bazasında - FOTOLAR

Müdafiə naziri hərbi aviasiya bazasında - FOTOLAR

Nazir bir qrup hərbçiyə rütbə verdi (18 Mart 2017 19:28)
Müdafiə nazirindən bir qrup hərbi qulluqçuya (18 Mart 2017 19:12)
Bir qrup hərbi qulluqçuya “polkovnik” hərbi rütbəsi verilib (18 Mart 2017 18:34)

Tarix: 30 Oktyabr 2016 15:53

Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının yoxlanılması məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi aviasiya bazalarından birində olub.

Publika.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, müdafiə naziri uçuş və texniki heyətlə görüş keçirib, hərbi aviasiyanın döyüşə hazırlığının səviyyəsini, onun imkanları və effektiv istifadəsini, uçuş-enmə zolaqlarını, trenajor siniflərini, yardımçı bina və tikililərin mövcud vəziyyətini yoxlayıb.

Müdafiə nazirinə yerli istehsal olan yeni növ pilotsuz uçuş aparatlarının döyüş qabiliyyəti, praktiki uçuşları, heyətlərin hazırlığı və yerüstü idarəetmə stansiyasının imkanları nümayiş etdirilib. Müdafiə naziri hərbi pilotların uçuş praktikası, onların təlim-məşq hazırlığının plana müvafiq şəkildə həyata keçirilməsi ilə bağlı Hərbi Hava Qüvvələrinin komandanlığı qarşısında tapşırıqlar qoyub.

Görüşün sonunda nazirliyin rəhbər heyəti uçuş və texniki heyətlə birgə nahar ediblər.


Teqlər:  Müdafiə naziri hərbi aviasiya bazasında FOTOLAR



RƏYLƏR


Top xəbərlər