Simeone: "Belə deyəndə gülməyim gəlir"

Simeone: "Belə deyəndə gülməyim gəlir"
16:22 30 Oktyabr 2016
58 İdman
Ölkə mətbuatı
A- A+

"Atletico"nun baş məşqçisi Diyeqo Simeone 10-cu turda "Malaga" üzərində qazanılan qələbəni şərh edib. Goal.az xəbər verir ki, argentinalı mütəxəssis bunları deyib:

"Ancaq bu oyunda hücum futbolu oynadığımızı deyəndə gülməyim gəlir. Çətin oyun keçdi. Oyun boyu nəzarəti əldən vermədik. Qələbə qazanmaq üçün mübarizə aparmalı olduq. Hesab 3:2 olanda hər şey təhlükəlidir. Saviçin meydandan qovulması işimizi çətinləşdirdi. Amma oyun intizamı sayəsində bunun öhdəsindən gəldik. Qameyro son görüşlərdə yaxşı oynayır. Buna görə Fransa millisinə də dəvət alıb. Karrasko gərgin məşqlər səbəbindən mükəmməl futboçuya çevrilir. Ümid edirik, ambisiyalarını həyata keçirə biləcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/484606.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR