Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qusarda cüdo üzrə “Şimal-şərq bölgəsi” yarışına start verilib

Qusarda cüdo üzrə “Şimal-şərq bölgəsi” yarışına start verilib

Date: 30 October 2016 16:27

Bakı. 30 oktyabr. REPORT.AZ/ Qusarda cüdo üzrə “Şimal-şərq bölgəsi” yarışına start verilib.
"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, şimal-şərq bölgәsi üzrә 2003-2005-ci il tәvәllüdlü yeniyetmәlәr arasında region birinciliyində oğlanlar 30 kq, 34 kq, 38 kq, 42 kq, 46 kq, 50 kq, 55 kq, 60 kq, 66 kq və +66 kq, qızlar isə 32 kq və 34 kq çəki dərəcələrində mübarizə aparırlar.
Qusar Olimpiya İdman Kompleksində keçirilən yarışın ilk günündə Abşeron, Xaçmaz, Xızı, Quba, Qusar, Şabran və Sizəyəzəndən 105 cüdoçu (101 oğlan, 4 qız) qüvvəsini sınayır.
Qeyd edək ki, “Şimal-şərq bölgəsi” yarışına sabah yekun vurulacaq.







Tags:  Qusarda cüdo üzrə Şimal-şərq bölgəsi yarışına start verilib


RƏYLƏR


Top news