Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Üç uşaq anasını əri boğub öldürdü

Üç uşaq anasını əri boğub öldürdü

Date: 30 October 2016 16:37

Qəbələ rayonunda qətl hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə rayonun Kürd kəndində qeydə alınıb.
 
Kənd sakini, 1985-ci il təvəllüdlü Verdiyev Xəyal Xaliq oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı həyat yoldaşı, 1991-ci il təvəllüdlü Verdiyeva Səbinə Məzahir qızını əli ilə boğaraq öldürüb. Üç uşaq anası olan Səbinə Verdiyevanın hansı səbəbdən qətlə yetirildiyi hələ ki, məlum deyil.
 
Hadisəni törədən Xəyal Verdiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.   Faktla bağlı Qəbələ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  

Milli.Az


Tags:  uşaq anasını əri boğub öldürdü

RƏYLƏR


Top news