Azərbaycanda daha bir ailə faciəsi: ər 25 yaşlı xanımını öldürdü

Azərbaycanda daha bir ailə faciəsi: ər 25 yaşlı xanımını öldürdü
16:54 30 Oktyabr 2016
205 Digər
Ölkə mətbuatı
A- A+

Qəbələ rayonunda qətl hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə hadisə rayonun Kürd kəndində qeydə alınıb.

 

Kənd sakini 1985-ci il təvəllüdlü Verdiyev Xəyal Xaliq oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı həyat yoldaşı, 1991-ci il təvəllüdlü Verdiyeva Səbinə Məzahir qızını əli ilə boğaraq öldürüb. Üç uşaq anası olan Səbinə Verdiyevanın hansı səbəbdən qətlə yetirildiyi hələ ki, məlum deyil.

 

Hadisəni törədən Xəyal Verdiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.   Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258079

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR