Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mourinyo Şvaynştaygeri alçaltmaqda davam edir

Mourinyo Şvaynştaygeri alçaltmaqda davam edir

Date: 30 October 2016 17:05

2016-cı il Bastian Şvaynştaygerin uzun müddət yadından çıxmayacaq. Lui van Qaalın istefasından sonra Joze Mourinyo tərəfindən etimad görməyən dünya çempionu zədəsini sağaldandan sonra əsas komandadan uzaqlaşdırıldı. Karrinqton bazasında ehtiyat komanda ilə məşqlərə çıxan təcrübəli futbolçuya növbəti sillə dəyib. Goal.az xəbər verir ki, onun U-23 komandasında oynamağına da artıq icazə verilmir. Komandanın çalışdırıcısı Vorren Coys Şvaynştaygerə şans vermək istəsə də, Mourinyo ona almaniyalı havbekin məşqdən başqa heç nəyə cəlb olunmamasını tapşırıb. Bastian böyük ehtimalla qışda MLS klublarından birinə transfer olunacaq. 

Milli.Az


Tags:  Mourinyo Şvaynştaygeri alçaltmaqda davam edir

RƏYLƏR


Top news