“Ən pis oyunlarımızdan biri idi” - Şahin Diniyev

“Ən pis oyunlarımızdan biri idi” -   Şahin Diniyev
17:07 30 Oktyabr 2016
58 İdman
Ölkə mətbuatı
A- A+

"Kəpəz”in baş məşqçisi Şahin Diniyev bu gün Premyer Liqanın X turunda “Zirə”yə uduzduqları oyunla (0:2) bağlı fikirlərini bildirib. Matçda sonra keçirilən mətbuat konfransında o deyib ki, çox səhvlər ediblər:


- İkinci hissədə komandam təzyiqə dözmədi. Ən pis oyunlarımızdan biri idi. Bu oyunu unutmalı və növbəti oyunlar haqda düşünməliyik. Çalışacağıq "Sumqayıt”la oyunda geridönüş edək. Bu gün komanda heç cür yaxşı oynamadı. Amma həyat davam edir. Futbolçuları günahlandırmaq istəmirəm.


- "Zirə” bu gün hansı cəhətdən "Kəpəz”i məğlub etdi?

- Məncə, motivasiya cəhətdən "Zirə” bizdən üstün idi.

 

- Artıq avrokubok uğrunda mübarizədən qopduğunuzu düşünmək olar?

- Yox. Bizim şansımız var. 3 xallıq sistemdə irəliləmək asan olur. Avrokubok yolunda heç kimə məğlub olmamağa çalışacağıq.

 

- Darionun yoxluğunda "Kəpəz” yaxşı oyun sərgiləmir. Ancaq ötən il də Dario yox idi, "Kəpəz” yaxşı oynayırdı. Demək olarmı ki, hazırda komandada Frederikonu əvəzləyə biləcək futbolçu yoxdur?

- İnter”lə oyunda yaxşı oynamışdı. "Kəpəz” Dario demək deyil. Biz ötən il Dariosuz avrokubok zonasına qədər irəliləyə bilmişdik.(futbol11.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-n-pis-oyunlarmzdan-biri-idi-t53749.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR