Moldovada prezident seçkiləri baş tutdu

Moldovada prezident seçkiləri baş tutdu
17:18 30 Oktyabr 2016
42 Dünya
Ölkə mətbuatı
A- A+

Moldovada prezident seçkiləri baş tutub.

Publika.az RİA Novosti-yə istinadən xəbər verir ki, ölkə qanunvericiliyinə əsasən, prezident seçkilərinin baş tutması üçün seçicilərin ən azı 3/1-i seçkilərdə iştirak etməlidir.

Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, artıq seçicilərin 1/3-dən, yəni 33,3 faizindən çoxu prezident seçkilərində iştirak edib.

Qeyd edək ki, Moldovada seçki məntəqələri yerli vaxtla saat 07.00 açılıb, saat 21-00-da başa çatacaq.

Seçkinin ilkin nəticələri bazar ertəsi səhər saatlarında açıqlanacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174067.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR