"Çempionlar Liqasını qazanmasa, Qvardiola məndən üzr istəməlidir"

"Çempionlar Liqasını qazanmasa, Qvardiola məndən üzr istəməlidir"
17:42 30 Oktyabr 2016
78 İdman
Ölkə mətbuatı
A- A+

Xosep Qvardiolanın "Manchester City"yə baş məşqçi təyin olunmasından sonra Nasri, Co Hartı planlarına daxil etməməsi, Yaya Tureni isə əsas heyətdən kənarda qoyması Dmitri Selyukun etirazına səbəb olmuşdu. Turenin rusiyalı meneceri tərəfindən səsləndirilən fikirlər Qvardiolanın xoşuna gəlməmişdi. O, Selyuk üz istəməyəcəyi təqdirdə Turenin meydana çıxmayacağını bildirmişdu. Goal.az xəbər verir ki, bundan imtian edən Selyuk növbəti dəfə katalon mütəxəssisi "sancıb".

"Hər kəs nə baş verdiyini görür. Bu barədə danışmağa ehtiyac yoxdur. Yaya meydana çıxmır. Görək, "City" hansı nəticələr qazanacaq. Qvardiola nə istəyir, etsin, mənə fərqi yoxdur. Yeganə təəssüf etdiyim məqam Yayanın oynamamasıdır. Komanda Çempionlar Liqasının qalibi olsa, "Sky Sports"un studiyasına gəlib saatlarla onun haqqında danışacam. Əgər olmasa, Qvardiola məndən üzr istəməli olacaq", - Selyuk qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/484614.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR