“Real” aparıcı futbolçularından biri Qaret Beyllə nikah təzələyib.
Publika.az xəbər verir ki, Kroos və Modriçin ardından uelsli futbolçunun da müqaviləsi yenilənib. Yeni anlaşma 30 iyun 2022-ci ilədək nəzərdə tutulub. Sövdələşmənin maliyyə tərəfi açıqlanmır.
Klubun rəsmi saytı bazar ertəsi “Santyaqo Bernabeu”da Beylin mətbuat konfransı keçiriləcəyini yazıb.
Xatırladaq ki, 27 yaşlı futbolçunun “Kral klubu” ilə əvvəlki müqaviləsinin müddəti 2019-cu ilədək idi.
Pərviz Hikmət