Səudiyyə Ərəbistanında iki terror aktının qarşısı alınıb

Səudiyyə Ərəbistanında iki terror aktının qarşısı alınıb
18:12 30 Oktyabr 2016
57 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 30 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının hüquq-mühafizə orqanları ölkədə keçirilməsi planlaşdırılan iki terror aktı planının qarşısını alıb.
"Report"un məlumatına görə, bu barədə "Accosiated Press" ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verib.
Məlumata görə, nazirliyin işçiləri iki pakistanlını, həmçinin Suriya və Sudan vətəndaşlarını həbs ediblər. Onlar Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirliklərinin futbol komandaları arasında Ciddə şəhərində keçiriləcək matçda terror aktı planlaşdırmadqa şübhəli bilinirlər.
Belə ki, şübhəli şəxslərin stadionda minalanmış avtomobili partlatmağı planlaşdırdıqları bildirilir. Cinayətkarların İŞİD terror qruplaşması ilə əlaqəli olub-olmamaları məlum deyil. 
Hüquq-mühafizə orqanlarının digər məlumatına görə, polisə hücum planlaşdıran daha 4 şübhəli şəxs həbs edilib. Onların bu barədə göstərişi İŞİD rəhbərlərindən biri tərəfindən aldığı qeyd olunur. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/seudiyye-erebistaninda-iki-terror-aktinin-qarsisi-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR