Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Bəzi futbolçuların taleyinə aydınlıq gələcək” - Samir Abasov

“Bəzi futbolçuların taleyinə aydınlıq gələcək” -   Samir Abasov

Date: 30 October 2016 18:27

“Tez qol vurduq, tez də arxaya oturduq. Bunun da nəticəsində 3 qol buraxdıq. Rəqibin təzyiqinə tab gətirmədik. Bu oyun bəzi futbolçuların taleyinə aydınlıq gətirəcək. Yusif Nəbiyevdən razı qalmadım. Bilmirəm niyə belə oldu. Keçən oyunda yaxşı təsir bağışlamışdı. Nə bacarırıqsa, maksimum onu edəcəyik”. Bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov deyib.

 

Topaz Premyer Liqasının X turunda səfərdə “İnter”lə qarşılaşan “kimyaçılar”ın çalışdırıcısı 1:3 hesablı məğlubiyyəti belə şərh edib.

 

- Bəzi oyunçular komandada icarə əsasında çıxış edir. Bu, onların çıxışına təsir etmir ki?

- Əksinə, həmin oyunçular daha yaxşı təsir bağışlayırlar. Onlar çalışırlar ki, burda ümidləri doğrultsunlar. Bir az təcrübə lazımdı. Məsələn, Yusif. Onun təcrübə qazanması üçün təcrübə lazımdı.

 

- Ümidləri doğrultmayan oyunçuların adlarını açıqlaya bilərsiz?

- Bundan öncə Xəyal Nəcəfova qarşı həmin addımı atmışdıq. O, Türkiyədən qayıtdıqdan sonra özünü başqa cür aparmağa başladı. Ancaq “Qəbələ”ylə oyunda ən yaxşılardan idi. Bəzi məşqçilər heyətdən şikayətlənir. Keçən dəfə “Neftçi”nin oyununa baxıram, şərhçi deyir ki, “bu heyətlə heç nə etmək olmaz”. Ancaq bir baxın bizdə vəziyyət necədi... Bizdə heç legioner yoxdu. Ancaq məcburuq bu oyunçularla oynamağa. Bir az çətindi. Bizi də başa düşün. Oyunçuları əvəzediciyə göndərsəm, bəs kim oynayacaq?

 

- “Sumqayıt”ın heyəti sanki müvəqqəti qurulub. Bəlkə rəhbərliklə danışasız, klubun strategiyası dəyişsin...

- Mümkünsüz bir şeydi!

 

- Komandanın fiziki durumu necədi?

- Fiziki vəziyyətimiz çox əladı. Bir gündə iki 90 dəqiqə oynamağa imkanımız çatar. Vəziyyətimiz heç də pis deyil. Qarşıda “Kəpəz”lə oyun var. Ora uduzmağa getmirik. Görək başımıza nə gəlir.

 

- Qollarda Fərhal Vəliyevin səhvi nə dərəcədə var idi?

- Birinci qolda sanki səhvi var idi. Ancaq videotəkrara baxıb, dəqiqləşdirəcəyik.(Apasport.az)


Fanat.Az


Tags:  Bəzi futbolçuların taleyinə aydınlıq gələcək Samir Abasov

RƏYLƏR


Top news