Konte: "Qadağa qoymuram"

Konte: "Qadağa qoymuram"
18:32 30 Oktyabr 2016
55 İdman
Ölkə mətbuatı
A- A+

"Chelsea"nin baş məşqçisi Antonio Konte özünəməxsus futbol fəlsəfəsinə malik mütəxəssisdir. Komanda oyununa üstünlük verən Konte düzgün qidalanma və lazımi həddə fiziki yüklənmənin çox şeyləri dəyişə biləcəyini qeyd edib. Goal.az xəbər verir ki, italiyalı çalışdırıcı özünün də buna riayət etməyə çalışdığını bildirib.

"Futbolçu karyeramın sonlarına yaxın düzgün qidalamağa başladım. Bunun üstünlüklərini hiss edirdim. Buna görə məşqçiliyə başlayanda bu ideyaları oyunçulara çatdırmağa çalışdım. Bu, şəxsi qərardır. Qadağa qoymuram, sadəcə sağlam həyat tərzi üçün yol göstərirəm. Bu, zədələrdən qaçmağa, qüvvəni tez bərpa etməyə və aydın düşünməyə imkan verir. Mövsümöncəsi hazırlıq zamanı balansı, zülal, karbohidrat və yağların nisbətini izah etdik. Yeməyə çox diqqət yetirirəm, sağlam qidalanmanın tərəfdarıyam. Karbohidratlardan qaçmağa, daha çox zülal - meyvə və tərəvəz qəbul etməyə çalışıram. Ailəmlə birlikdə olanda spagetti, pasta yeməyi sevirəm. Amma həddi gözləyirəm. Vaxtım olanda 30-40 dəqiqə qaçıram. "Chelsea"nin bazasında 4 meydança var. Mən onların ətrafında qaçıram. Bəzən köməkçilərimi də buna cəlb etməyə çalışıram".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/484620.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR