Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İki terror aktının qarşısı alındı

İki terror aktının qarşısı alındı

Türkiyədə daha bir terrorun qarşısı alındı - FOTO (25 Mart 2017 12:12)
Türkiyədə daha bir terrorun qarşısı alındı - FOTO (25 Mart 2017 11:18)
İŞİD: London terrorunu biz törətmişik (23 Mart 2017 21:59)

Tarix: 30 Oktyabr 2016 18:43

Səudiyyə Ərəbistanının hüquq-mühafizə orqanları ölkədə keçirilməsi planlaşdırılan iki terror aktı planının qarşısını alıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, nazirliyin işçiləri iki pakistanlını, həmçinin Suriya və Sudan vətəndaşlarını həbs ediblər. Onlar Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirliklərinin futbol komandaları arasında Ciddə şəhərində keçiriləcək matçda terror aktı planlaşdırmadqa şübhəli bilinirlər.

Belə ki, şübhəli şəxslərin stadionda minalanmış avtomobili partlatmağı planlaşdırdıqları bildirilir. Cinayətkarların İŞİD terror qruplaşması ilə əlaqəli olub-olmamaları məlum deyil.

Hüquq-mühafizə orqanlarının digər məlumatına görə, polisə hücum planlaşdıran daha 4 şübhəli şəxs həbs edilib. Onların bu barədə göstərişi İŞİD rəhbərlərindən biri tərəfindən aldığı qeyd olunur.


Teqlər:  İki terror aktının qarşısı alındı



RƏYLƏR


Top xəbərlər