Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Tramp prezident olsa, üç il sonra Amerikanı Putin idarə edəcək"

"Tramp prezident olsa, üç il sonra Amerikanı Putin idarə edəcək"

“Putin istefa haqqında fikirləşir” – TARİX AÇIQLANDI (24 Mart 2017 20:28)
Ağ Ev: Prezident Tramp NATO-nun sammitində iştirak edəcək (22 Mart 2017 08:27)
Tramp: "Bu, ən böyük azalma olacaq" (20 Mart 2017 13:18)

Tarix: 30 Oktyabr 2016 18:44

"Formula-1"in promouteri Berni Ekklstoun bildirib ki, ABŞ-dakı seçkilərdə Tramp Donaldı dəstəkləyir. Lent.az virtualaz.org-a istinadən xəbər verir ki, o, Trampın hakimiyyətə gəlişi ilə daha çox dəyişikliyin olacağını düşünür, nəinki Hillari Klintonun. Amma bununla belə, "F-1"in ekssentrik bossu hesab edir ki, Tramp bir çox çox şeyləri korlayacaq.

 

"Mən 100 faiz Trampın tərəfindəyəm. Əgər Klinton udsa, heç nə dəyişməyəcək. Tramp çox şeyi dəyişdirəcək və ola bilər ki, çox şeyi də korlayacaq. Amma dəyişikliklərlə çox yaxşı şeylər gələcək.

 

Mən apreldə Vladimir Putinlə görüşdüm. Mən ona dedim ki, Tramp udacaq və gəlib Sizi qucaqlayacaq. Üç il sonra isə Amerikanı Siz idarə edəcəksiniz. Amma… mənə elə gəlir ki, fikirlərim Putinə gülməli göründü", - deyə Live Trading News Ekklstoundan sitat gətirib.


Teqlər:  Tramp prezident olsa üç il sonra Amerikanı Putin idarə edəcək



RƏYLƏR


Top xəbərlər