"Bunu "İnter"dən gözləmirdim" - Zaur Svanadze

"Bunu "İnter"dən gözləmirdim" -   Zaur Svanadze
18:47 30 Oktyabr 2016
39 İdman
Ölkə mətbuatı
A- A+

“Yaxşı oyun oldu. 3 xal qazandıq. Oyuna yaxşı başlamadıq. Erkən qol buraxdıq. Ancaq sonradan toparlanaraq, qələbə qazanmağı bacardıq. Bu qələbəni Rəşad Qasımova həsr edirik. Qarşıda bizi “Neftçi”ylə oyun gözləyir. Həmin oyunda da qalib gəlməyə çalışacağıq”. Bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

Topaz Premyer Liqasının X turunda öz meydanında “Sumqayıt”ı qəbul edən “bankirlər”in gürcü çalışdırıcısı 3:1 hesablı qələbəni belə şərh edib.

 

- Hiss olunurdu ki, komanda prezidentini qələbəylə yola salmaq istəyir. Rəhbərliyin dəyişməsi oyuna təsir etməyəcək ki?

- Təbii ki, Rəşad bəyin istefası futbolçulara az da olsa, təsir edir. Ancaq futbolçular meydana çıxanda ancaq oyun barədə düşünür. Həm futbolçular, həm də məşqçilər peşəkardılar. Bugünkü oyunda sübut etdilər ki, rəhbərlikdəki dəyişiklik oyunumuza təsir etməyəcək.

 

- “Qəbələ”ylə bu meydandakı oyunda rəqibin iki futbolçusu zədələnmiş və siz meydançanın vəziyyətindən narazı qalmadığınızı bildirmişdiz. Bu gün isə sizin futbolçu Rauf Əliyev bu meydançada zədələndi. Hələ də meydançadan razısız?

- Meydançamız idealdan uzaq olsa da, oynamaq olar. O ki qaldı Raufa, o, “Kəpəz”lə oyundan zədələnmişdi. Biz ona istirahət vermək istəsək də, bu gün özü meydana çıxmaq istədi. Ümid edirəm ki, “Neftçi”ylə oyunadək vəziyyəti düzələcək.

 

- Ağabala Ramazanovun oyunudan razı qaldız?

- Ağabala Ramazanov bu gün birinci hissədə yaxşı təsir bağışlamadı. Ancaq ikinci hissədə fəallaşdı. Onun meydanda ən yaxşılardan olmasıyla razıyam.

 

- Bu gün Nizami Hacıyev iki qola imza atdı. Sizcə, o, millidə oynamağa hazırdı?

- Nizami də ikinci hissədə yaxşı oynadı. Məncə, millinin məqşçilər korpusu onun barəsində düşünə bilər. Qarşıda “Neftçi”ylə oyunda da izləyə bilərlər. Mənim komandam üçün tam hazırdı. O ki qaldı milliyə, buna yığmanın məşqçiləri qərar verməlidi.

 

- Hazırda “Qəbələ”, “Qarabağ” və “İnter” digər komandalardan öndədi. Həm oyuna, həm də qazandıqları xallara görə. Sizcə də, cari mövsümdə mübarizə elə məhz bu 3 klub arasında gedəcək?

- Təbii ki, “Qarabağ” və “Qəbələ” bu yerdə getməliydilər. Ancaq “İnter”in uzun müddət 3-cü pillədə qərarlaşacağını gözləmirdim. Məncə, mübarizə hələ irəlidədi. “Neftçi”, AZAL, “Kəpəz”, “Sumqayıt”ı da yaddan çıxarmaq olmaz.(Apasport.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbunu-quotnterquotdn-gozlmirdimquot-t53756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR