"Tramp prezident olsa, üç il sonra..."

"Tramp prezident olsa, üç il sonra..."
19:17 30 Oktyabr 2016
96 Dünya
Ölkə mətbuatı
A- A+

"Formula-1"in promouteri Berni Ekklstoun bildirib ki, ABŞ-dakı seçkilərdə Tramp Donaldı dəstəkləyir. Virtualaz.org-un məlumatına görə, o hesab edir ki, Trampın hakimiyyətə gəlişi ilə daha çox dəyişiklik olacaq, nəinki Hillari Klintonun. Amma bununla belə, "F-1"in ekssentrik bossu hesab edir ki, Tramp bir çox şeyləri korlayacaq.

"Mən 100 faiz Trampın tərəfindəyəm. Əgər Klinton udsa, heç nə dəyişməyəcək. Tramp çox şeyi dəyişdirəcək və ola bilər ki, çox şeyi də korlayacaq. Amma dəyişikliklərlə çox yaxşı şeylər gələcək.

Mən apreldə Vladimir Putinlə görüşdüm. Mən ona dedim ki, Tramp udacaq və gəlib sizi qucaqlayacaq. Üç il sonra isə Amerikanı siz idarə edəcəksiniz. Amma... mənə elə gəlir ki, fikirlərim Putinə gülməli göründü", - deyə Live Trading News Ekklstoundan sitat gətirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/484629.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR