Bakı. 30 oktyabr. REPORT.AZ/ Moldovada keçirilən prezident seçkiləri baş tutmuş hesab olunur.
"Report" xəbər verir ki, bu barədə respublikanın Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilən məlumatlar deməyə əsas verir.
Məlumata görə, seçicilərin seçkilərdə iştirakı tələb olunan 33,3 faiz həddini keçib. Hazırkı vaxta qədər 1,1 milyondan çox vətəndaş səs verib.
Bazar günü Moldovada birbaşa prezident seçkiləri keçirilir. Birinci turda qalib gəlmək üçün prezidentliyə namizədlər səslərin 50 faizini toplamalıdırlar. Prezident postu uğrunda 9 namizəd mübarizə aparır.