Maradona: "O, seçdiyi yolla getsin, mənə, həqiqətən, dəxli yoxdur"

Maradona: "O, seçdiyi yolla getsin, mənə, həqiqətən, dəxli yoxdur"
20:05 30 Oktyabr 2016
83 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün 56 yaşını qeyd edən Maradona "Napoli"nin 11-ci turda "Yuventus"a məğlubiyyətinə (1:2) toxunub. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Neapol klubunu dəstəkləyən argentinalı futbol əfsanəsi bunları deyib:

"Mənim 56-cı doğum günümdür. Kədərliyəm, çünki "Yuventus"a uduzmuşuq. Mənim çıxış etdiyim "Napoli" bu "Yuventus"a 4 qol vurardı. İnanmırsız, atalarınızdan soruşun. İndiki "Yuventus" vaxtilə bizimrəqabət apardığımız "Yuventus"dan güclü deyil. Hiquainin nə etdiyi məni maraqlandırmır. O, seçdiyi yolla getsin. Mənə, həqiqətən, dəxli yoxdur. Rahatam, çünki heç vaxt "Napoli"yə xəyanət etməmişəm. Ürəyim neapollulara məxsusdur".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/484634.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR