Bir uşaq bir kəndin həyatını dəyişə bilər - FOTO

Bir uşaq bir kəndin həyatını dəyişə bilər - FOTO
21:12 30 Oktyabr 2016
174 Maraqlı
Ölkə mətbuatı
A- A+

Üzündə ciddi ifadə ilə dərs dinləyən uşağın fotosu bir kəndin təhsil problemlərinin həll edilməsinə səbəb ola bilər.

Milli.Az BBC-yə istinadən bildirir ki, Jake Şərqi Afrikanın ən məşhur uşağı olmağa namizəddir. Sosial mediada paylaşılan bu fotoda o, ipə-sapa yatmayan avtomobil müəlliminə, ya da ciddi işlər görən təhlükəsizlik məmuruna bənzədilib.

Amma Qananın kiçik bir kəndində yaşayan Jake-in çərşənbə günündən bəri məşhur olmasından xəbəri yoxdur.

Operator Carlos Cortes ABŞ-dan ölkəsinə qayıdan incəsənətlə məşğul olan Solomon Adufah haqqında sənədli film çəkmək üçün 2015-ci ildə Qanaya gedib.

Cortes həmin vaxt 4 yaşında olan bu uşağın fotosunu Adufah məktəbdə dərs dediyi zaman çəkib.

"Jake dərs dinləyirdi. Üzündə düşüncəli ifadə var idi", Cortes bildirib.

Adufah bu fotonu Instagram hesabında paylaşdıqdan sonra uşaq İnternet fenomeninə çevrilib.

O əvvəlcə elə sanıb ki, uşaq "lağa qoyulacaq".

27 yaşlı Adufah deyir: "Əvvəl düşündüm ki, şərh verməyim. Amma sonra bu "layklar"ın yardıma çevrilə biləcəyini düşündüm".

Jake və dostları Qanada kasıb bir kənddə yaşayır. Burada bəzi ailələr yoxsulluğa görə uşaqları məktəbə göndərə bilmir.

Həmçinin kənd məktəbində ləvazimatları çatışmır.

Cortes deyir ki, "Bir gün, bütün uşaqlara yetəcək qədər qələm tapmaq üçün 20 dəqiqə çalışdıq. Başladığımız kampaniya da bu problemi həll edəcək".

Beləcə, 16 yaşından ABŞ-da yaşayan Adufah kənddəki uşaqların təhsilinə yardım etmək məqsədilə xeyriyyə kampaniyasına başlayıb.

Kampaniyanın ilk 24 saatında 2000 dollar toplanıb və bu, hədəfin 10 faizi deməkdir.
Adufah deyir ki, "bu pul bu uşaqlar üçün doğrudan çox böyük önəm daşıyır".

Onun sözlərinə görə, gələcəkdə bu kampaniya müsbət hərəkətə çevrilə bilər.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/484657.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR