"Biz çətin oyunda qalib gəlmişik"

"Biz çətin oyunda qalib gəlmişik"
21:52 30 Oktyabr 2016
60 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus"un əfsanəvi qolkiperi Canluici Buffon A Seriyasının 11-ci turunda "Napoli" üzərində qələbədən sonra fikirlərini media ilə bölüşüb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Buffon ilk olaraq ötən yay Neapol klubunu "Yuventus"a dəyişən və vurduğu qolu qeyd etməyən Hiquain barədə danışıb.

"Hiquain olduqca düzgün insandır. O, paltardəyişmə otağında qələbəni lazımi şəkildə, sakit qeyd etdi. Biz çətin oyunda qalib gəlmişik. Əlbəttə, Qonzalo bundan razıdır.

Oyunun müəyyən məqamında mənə elə gəlirdi ki, "Napoli" qələbəyə daha yaxındır. Amma həmişəki kimi bizim usta futbolçularımız oyunun taleyini həll etdi. "Napoli" üzərində qələbə komandanın özünəinamını artıracaq. Amma bir sıra oyun aspektlərini yaxşılaşdırmaq lazıdır. "Yuventus"un hazırki oyun səviyyəsi bütün mükafatlara iddia etməyə imkan vermir. "Barselona" və "Bavariya" ilə eyni sırada durmaq istəyiriksə, daha yaxşı oynamalıyıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/484648.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR