Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Rusiyada azərbaycanlı 9-cu mərtəbədən yıxılaraq ölüb

Rusiyada azərbaycanlı 9-cu mərtəbədən yıxılaraq ölüb

Bakı sakini pilləkəndən yıxılaraq öldü (27 Fevral 2017 12:05)
Pilləkəndən yıxılıb öldü (27 Fevral 2017 11:54)
Bakı sakini pilləkəndən yıxılaraq ölüb (27 Fevral 2017 11:32)

Tarix: 30 Oktyabr 2016 22:12

Bakı. 30 oktyabr. REPORT.AZ/ Rusiyanın Surqut şəhərində azərbaycanlı faciəvi şəkildə ölüb.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Çexov küçəsində yerləşən ev 14/4-də baş verib.
1990-cı il təvəllüdlü gənc sevdiyi qızın yaşadığı binaya gələrək onu mənzilin girişində bıçaqlayıb. Döş və qarın nahiyələrindən bıçaq xəsarətləri alan 25 yaşlı qız hadisə yerindən qaçmağı bacarıb və ətrafdakıları köməyə çağırıb. Gənc oğlan isə 9-cu mərtəbənin pəncərəsindən yıxılaraq ölüb. Onun hadisəni törətdikdən sonra özünə sui-qəsd etdiyi də bildirilir.
Yaralı qız isə ağır vəziyyətdə yerli xəstəxanalardan birinin Reanimasiya şöbəsinə yerləşdirilib.
Məlumata görə, hadisədən bir müddət əvvəl gənc oğlan qızdan sevgi hisslərinə rədd cavabı aldığı üçün onu öldürəcəyi ilə hədələyib. Qızın polisə şikayətindən sonra miqrant Azərbaycana deportasiya olunub. Lakin o, qisas almaq üçün yenidən Surquta qayıtmağı bacarıb. 



Teqlər:  Rusiyada azərbaycanlı 9-cu mərtəbədən yıxılaraq ölüb



RƏYLƏR


Top xəbərlər