Hər kəsin başına gələ bilər? Kartof çipsləri adamın həyatını dəyişdi - FOTO

Hər kəsin başına gələ bilər? Kartof çipsləri adamın həyatını dəyişdi - FOTO
11:27 8 Mart 2015
62 Sosial
Ölkə mətbuatı
A- A+

Arvadı ona aylarla inanmadı, həkimə gedincə həqiqət ortaya çıxdı.

Sərxoş halda gülümsəyən, hətta nəfəsindən spirt qoxusu gələn kişinin arvadı şübhəyə düşdü: əcəba, alkoqolikdirmi? Üstəlik, bu problem getdikcə artırdı. 2011-ci ildə sərxoş halda maşın idarə etdiyinə görə tutuldu. Polisin bildirdiyinə görə, limitin 3 qatı qədər sərxoşdu. Nik Hess isə 12 saat əvvəl cəmi bir şüşə pivə içdiyinə inandırmağa çalışırdı.

Milli.Az Haberturk-ə istinadən bildirir ki, Hessin xanımı ərinin yanından bir dəqiqə belə ayrılmamağı qərar verir. Bir gün kartof çipsləri yedikdən sonra spirtli içki içmədiyi halda ərinin yenə sərxoş olduğunu görən qadın onu həkimə aparır.

Bir neçə xəstəxana gəzsələr də, dəfələrlə müayinə aparılsa da onun dərdi bilinmirdi.

Nəhayət, bir həkim düzgün diaqnoz qoya bildi: avtomatik mayalanma sindromu.

Yəni Hessin orqanizmi ağzından daxil olan istənilən şəkəri alkoqola çevirirdi.

Bu xəstəliyin səbəbi əslində hər adamı yaxından ilgiləndirir. Tibbdə çox rastlanan bir durum olmasa da, bir qram olsun spirtli içki içməyən adamların alkoqol koması halında təcili tibbi yardım stansiyalarına çatdırılmaları da az deyil. Əsas səbəb isə müəyyən bir xəstəlik zamanı çox qəbul edilmiş antibiotiklərin mədədəki bakteriyaları öldürərək orada göbələklərin yayılmasına yol açmasıdır.
Yəni mədədə artmağa başlayan göbələk oraya düşən nidanın tərkibindəki şəkəri alkoqola çevirir və dərhal da qana qarışmasına şərait yaradır.

Hessin dərdini göbələk dərmanlarıyla aradan qaldırdılar.

Bəs gündəlik tükətdiyimiz ərzaqlarda nə qədər alkoqol olduğunu bilirsiniz?

Məsələn, kartofda bu, 1 kiloqrama 4,47 qram, 1 kq qatıqda - 2,48 qram, 1 kq portağalda - 2.13 qram,
1 kq çörək mayasında 1,24 qramdır.

Milli.Az















Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/328470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR