İsrailin baş naziri Azərbaycana səfər edəcək

İsrailin baş naziri Azərbaycana səfər edəcək
22:52 30 Oktyabr 2016
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 oktyabr. REPORT.AZ/ İsrailin baş naziri Binyamin Netanyahu Azərbaycana səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə o, Nazirlər Kabinetinin oktyabrın 30-da keçirilən iclasında məlumat verib.
Netanyahu səfərin yaxın üç ay ərzində həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Baş nazir Azərbaycanla yanaşı Avstraliya, Sinqapur və Qazaxıstana da gedəcək.
İsrailin baş naziri sözügedən üç ölkəyə bu günə qədər səfər etməyib. Azərbaycanda isə 1997-ci ildə Şərq səfərindən İsrailə qayıdan zaman, yolüstü olub. Netanyahu təqribən 20 il əvvəl Bakının hava limanında Azərbaycanın ümumilli lideri Heydər Əliyevlə görüşüb.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/i-srailin-bas-naziri-azerbaycana-sefer-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR