Göyərtəsində 100 sərnişin olan təyyarə təcili eniş edib

Göyərtəsində 100 sərnişin olan təyyarə təcili eniş edib
23:05 30 Oktyabr 2016
51 Dünya
Ölkə mətbuatı
A- A+

Kanadanın Toronto şəhərinə uçan, "American Airlines" aviaşirkətinə məxsus  sərnişin təyyarəsi  Denver şəhərinin (Kolorado ştatı) hava limanına dönərək təcili eniş edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, buna pilotların kabinəsindəki tüstülənmə səbəb olub.
 
Təyyarənin göyərtəsində 100 sərnişin və 5 ekipaj üzvü olub. Hadisə nəticəsində zərərçəkən yoxdur.
 
İnsidentin səbəbləri araşdırılır. Sərnişinlər  digər təyyarə ilə Torontoya göndəriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/484674.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR