"O səs Türkiyə"nin azərbaycanlı Gülşəni kimdir? - FOTO

"O səs Türkiyə"nin azərbaycanlı Gülşəni kimdir? - FOTO
23:52 30 Oktyabr 2016
289 Şou
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi. dünən Azərbaycandan "O səs Türkiyə"yə qatılan Gülşən İbadova ifası ilə bütün münsifləri özünə tərəf döndərə bilmişdi.

Milli.Az bildirir ki, gənc bəstəkar Aysel Kərim axşam.az-a açıqlama verərək G.İbadova ilə tanışlığı və işbirliyi barədə danışıb. Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsi olan Aysel Gülşəni bir müddətdir tanıdığını bildirib:

"Bu ilin aprelində Bakı Musiqi Akademiyasının böyük zalında bəstəkarlıq kafedrasının təşkil etdiyi konsertdə romanslarım  səslənməli idi. O zamandan Gülşənlə əməkdaşlığa  başladıq. Sözləri və musiqisi mənə məxsus olan "Uzun səfər" və "Qış gecəsi" adlı romansları ona təqdim etdim. Birgə fəaliyyətimizi  konsertdə uğurla tamamladıq. Hazırda əməkdaşlığımız davam edir. Gülşən xanım bildirib ki, "Uzun səfər"i  hər zaman səsləndirmək istəyir".

A.Kərim bizə Gülşən haqda məlumat da verib:

"Gülşən xanım 1986-cı il 24 yanvarında Rusiya Federasiyasının Amur Vilayəti Tambov  şəhərində  anadan olub və valideynləri ilə birlikdə uzun zaman orada yaşayıb. 1993-cü ildə Azərbaycana köçüb. Uşaqlıqda bir çox müsabiqələrdə birincilik qazanıb. Bakıda 58 saylı orta məktəbi bitirdikdən bir  müddət sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının opera solo oxuma şöbəsinə, professor Elmira Quliyevanın sinfinə daxil olur. Vokalın bütün incəliklərini müəlliməsindən öyrənir. Debütü C.Verdinin Aida operasında "Aida" obrazı  olub".

Gənc musiqiçinin sözlərinə görə, Gülşənin "O səs Türkiyə"də qeydiyyatdan keçməsində ifaçının yaxın dostu və duet ortağı, Türkiyə vətəndaşı, istedadlı bariton Akın Mahmut vasitəçi olub və ona sürpriz edib. A.Mahmut Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr pilləsində təhsil  alır.

Aysel opera sənətinin Azərbaycanda xüsusi yeri olduğunu vurğulayıb:

"Soprano  səs tembrli vokalistimizin "O səs Türkiyə" proqramında uğurlu çıxışı hər kəsdə qürur hissi oyadıb. Opera sənəti Azərbaycanda çox yüksək səviyyədə dayanır. Bütün Şərqdə ilk operanın müəllifi dahi bəstəkar Üzeyir Hacıbəyli olub. İlk qadın  opera müğənnimiz isə Şövkət Məmmədovadır. Azərbaycanı  yüksək səviyyədə təmsil edən mədəniyyətimizə xidmət göstərən hər kəsi ürəkdən təbrik edirəm. O  cümlədən Gülşən İbadovaya  hər zaman  böyük  səhnə  nailiyyətləri  arzulayıram".

Aysel Kərim və Gülşən İbadova

Gülşən İbadova və Akın Mahmut

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/484681.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR