Türkiyədə PKK hakim partiyanın binasına hücum etdi: 3 yaralı

Türkiyədə PKK hakim partiyanın binasına hücum etdi: 3 yaralı
00:44 31 Oktyabr 2016
46 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Mardin vilayətinin Qızıltəpə rayonunda hakim Ədalət və İnkişaf Partiyasının binasına hücum edilib.

 

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, PKK terrorçuları binayat  əldəqayırma qumbara atıb,  iriçaplı silahlardan atəş açıblar.

 

 Hadisə nəticəsində binanın mühafizəsini təmin edən 3 polis əməkdaşı yaralanıb.

 

Yaralı polis əməkdaşları xəstəxanaya çatdırılıb.  Onların həyatlarına təhlükə olmadığı bildirilir.

 

Qaçan terrorçuların yaxalanması üçün əməliyyat başlayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258096

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR