Marian Manolake: "Azərbaycan millisi Rumıniya ilə oyuna daha istəkli çıxmışdı"

Marian Manolake: "Azərbaycan millisi Rumıniya ilə oyuna daha istəkli çıxmışdı"
01:37 31 Oktyabr 2016
49 İdman
Ölkə mətbuatı
A- A+

Buxarest. 31 oktyabr. REPORT.AZ/ “Azərbaycan millisi Rumıniya ilə oyuna daha istəkli çıxmışdı. Nəticədə qələbə qazandı”.
Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Rımıniyanın futbol üzrə U-17 millisinin baş məşqçisi Marian Manolake bildirb.
Baş məşqçi əlavə edib ki, oyun zamanı azərbaycanlı futbolçular meydanda əzmkarlıq nümayiş etdiriblər.
“Azərbaycan millisini təbrik edirəm. Mənim oyunçularımda sizin millinizdə olan istək, əzmkarlıq və motivasiya yox idi. Əgər bunu həll edə bilsəydik, indi millimiz qrupda 1-ci yeri tutmuş olardı”, - deyə M.Manolake vurğulayıb.
M.Manolake oyun zamanı 3 azərbaycanlı futbolçunun çıxışını da bəyənib. Bunlar qapıçı Muhammet Tuncer, yarımmüdafiəçi Mutlu Doğan və hücumçu Murad Mahmudovdur.
Xatırladaq ki, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin son oyununda Azərbaycan yığması ev sahibi Rumıniyanı 1-0 hesabı ilə məğlub edib.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/marian-manolake-azerbaycan-millisi-ruminiya-ile-oyuna-daha-istekli-cixmisdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR