Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Diqqət! Bu sürücülər real təhlükədir (VİDEO)

Diqqət! Bu sürücülər real təhlükədir (VİDEO)

Date: 31 October 2016 07:08

Son dövrülər sürücülərin sükan arxasında infarkt olma faktları tez-tez müşahidə edilir.

Belə olduqda isə həmin şəxslər özləri ilə yanaşı yol hərəkətinin digər iştirakçıları üçün təhlükə yaradır. Həkimlər isə infarktın artmasının özünə məxsus səbəbi olduğunu bildirir və ondan qorunmaq üçün bəzi tövsiyyələri var.

Oktyabrın 14 də paytaxtın Yasamal rayonu Mətbuat prospektində sükan arxasında infarkt keçirən sürücü idarəetməni itirərək yolun kənarında dayanan 53 yaşlı piyadanı vuraraq öldürüb. Bundan 7 gün sonra isə Şəkinin Başlayski kəndində bir sürücü sükan arxasında infarkt keçirərək idarəetməni itirib, nəticədə yoldan çıxaraq aşan maşında dünyasını dəyişib. Ən son belə bədbəxt hadisə isə paytaxtın Nəsimi rayonu ərazisində Rəşid Behbudov küçəsində baş verib. Özünü narahat hiss edən sürücü maşını yolun ortasında saxlayıb və sükan arxasında dünyasını dəyişib.

Həkimlər son günlər tez-tez rast gəlinən infarkt hallarının özünəməxsus səbəblərinin olduqunu bildirir.

Karidoloq Vüqar Zamanov bildirir ki, infarkt keçirən şəxs hərəkət edə bilmədiyindən ürəyində narahatlıq olan şəxslərin avtomobil idarə etməsi məsləhət görülmür. İnfarkt isə özünü əvvəlcədən bəzi əlamətlərlə göstərə bilir.

Kardioloqun sözlərinə görə ürək damar xəstəlikləri əsasən şəkərli diabet və siqaret aludəçilərində daha çox rast gəlinir. Belə xəstəliklər kişilərdə əsasən 40-60, qadınlarda isə 45-65 yaşlarında müşahidə edilir. İnfraktdan qorunmaq üçün isə ən az ildə birdəfə ümumi müayindən keçməli və ehtiyac olarsa müalicə almaq lazımdır.


Tags:  Diqqət Bu sürücülər real təhlükədir VİDEO


RƏYLƏR


Top news