Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hər gün göy soğan yeyin! - FAYDALARI

Hər gün göy soğan yeyin! - FAYDALARI

Date: 31 October 2016 07:17

Göy soğanı təbii antiseptik və antibiotik adlandırmaq olar. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, onun tərkibində olan bir çox faydalı maddələr mikrobları, virusları, göbələkləri öldürür, immun sistemini gücləndirir, iltihabı azaldır.

- Göy soğan C vitamini ilə zəngindir. C vitamini immun sisteminin fəaliyyətinə çox müsbət təair edir,  soyuqdəymə və qripp xəstəliklərinin qarşısını alır. Soyuq fəaillərdə bu xüsusilə vacibdir.
- Göy soğan fitonsidlərlə zəngindir. Fitonsidlər təbii antibiotiklərdir, onlar mikrobları öldürür, mikrobların  çoxalmasının qarşısısnı alır.
- Göy soğanın tərkibində "kversetin" və "antosian" adlı maddələr var. Bu maddələr güclü şişəleyhinə təsirə malikdir.
- Göy soğanın tərkibində olan xüsusi maddə "allisin" damarların sağlamlığını qoruyur, damarları daha elastik edir, trombların əmələ gəlməsinin riskini azaldır.
- Göy soğan qanin tərkibini yaxşılaşdırır.
- Göy soğan sümüklərə və dişlərə müsbət təsir edir, damaqları möhkəmləndirir.
- Sinklə zəngin olan göy soğan kişi və qadın reproduktiv (dolyaratma) sistemlərinə olduqca müsbət təsir edir.

Milli.Az


Tags:  Hər gün göy soğan yeyin FAYDALARI

RƏYLƏR


Top news