Hindistanda 8 terrorçu həbsdən qaçıb

Hindistanda 8 terrorçu həbsdən qaçıb
07:42 31 Oktyabr 2016
23 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Hindistanda fəaliyyəti qadağan olunmuş "Hindistan tələbələrinin islam hərəkatı" qruplaşmasının (SIMI) səkkiz fəalından ibarət qrup Madhya-Pradeş ştatının Bxopal şəhərindəki türmədən qaçıb.
"Report" NDTV telekanalına istinadən xəbər verir ki, Bxopalın mərkəzi həbsxanasının dustaqları bazar ertəsinə keçən gecə, bütün ölkə üzrə Divali bayramı qeyd olunan zaman qaçıblar.
Onlar mühafizəçini öldürüblər və həbsxana hasarını bir-birinə bağlanmış mələfələrin köməkliyi ilə aşıblar.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/hindistanda-8-terrorcu-hebsden-qacib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR