Dünyada 300 milyon uşaq son dərəcə çirklənmiş hava ilə nəfəs alır

Dünyada 300 milyon uşaq son dərəcə çirklənmiş hava ilə nəfəs alır
08:47 31 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Dünyada təqribən 300 milyon uşaq (Hər yeddi uşaqdan biri) havanın çirklənmə səviyyəsinin son dərəcə yüksək olduğu regionlarda yaşayır.
"Report" xəbər verir ki, bu barədə bazar ertəsi BMT-nin Uşaq Fondunun (UNİSEF) rəsmi saytında məlumat yerləşdirilib.
"Bu gün bütün dünya üzrə 300 milyon uşaq havanın zəhərli maddələrlə çirklənmə səviyyəsinin son dərəcə yüksək olduğu zonalarda yaşayır. Təqribən 2 milyard uşaq havanın çirklənmə səviyyəsinin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən edilən minimal keyfiyyəti standartlarına cavab verməyən ərazilərdə yaşayır", - deyə saytda YUNİSEF-in icraçı direktoru Entoni Leykanın sözləri sitat gətirilir.
Bununla yanaşı, o qeyd edib ki, bu məlumatlarda öz evlərində çirkləndirilmiş hava ilə nəfəs alan milyonlarla uşaq nəzərə alınmayıb.
Entoni Leyka bildirib ki, havanın çirkləndirilməsi hər il yaşı 5-dən aşağı olan 600 min uşağın ölümünə səbəb olan mühüm amildir.
Təşkilatın məlumatına görə, çirkləndirilmiş havadan əziyyət çəkən uşaqların böyük hissəsi Cənubi Asiya və Afrika ölkələrində yaşayır.

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/dunyada-300-milyon-usaq-son-derece-cirklenmis-hava-ile-nefes-alir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR