Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Perunun nüfuzlu mətbuat orqanında "Qafqazın mirvarisi" dərc edildi

Perunun nüfuzlu mətbuat orqanında "Qafqazın mirvarisi" dərc edildi

Date: 31 October 2016 09:17

Perunun nüfuzlu mətbuat orqanlarından biri olan "El Peruano" qəzetində, tanınmış yerli jurnalist Xulio Cesar Panduronun "Qafqazın mirvarisi" ("Joya del Caucaso") sərlövhəli məqaləsi dərc edilib.

Nümayəndəliyin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, məqalədə müəllif Azərbaycan Respublikasında V Beynəlxalq Humanitar Forumda iştirakı zamanı öz səfər təəssüratlarını oxucular ilə bölüşür.
Müəllif qeyd edib ki, Yer kürəsinin başqa bir tərəfində yerləşən Azərbaycan qədim tarixi, mədəni sərvətləri, valehedici memarlıq abidələri, adət və ənənələri, nağılabənzər istirahət yerləri olan zəngin bir ölkədir və Bakının istər müasir, istərsə də tarixi hissəsi olduqca gözəl bir şəhərdir. Ölkəmizin günbəgün dəyişdiyini və bu gün Qafqazda ən mühüm mərkəzə çevrildiyindən bəhs edib.
Bakı və bütövlükdə bütün ölkənin 25 il bundan öncə Sovet İttifaqından ayrılaraq, öz müstəqilliyini bərpa etdikdən sonra xeyli dəyişikliyə uğradığını, Odlar Yurdu kimi tanınmış Azərbaycanın öz iqtisadiyyatını neft və təbii qaz istehsalı üzərində qurduğunu və bu sahədən əldə edilən gəlirin onun inkişafını maliyyələşdirməyə, beləliklə, ölkəni sabit və yüksək templərlə inkişaf etməkdə olan dövlətə çevrilməyə və Avrasiyanın bir çox ölkələri üçün nümunə olmağa imkan verdiyini oxucuların diqqətinə çatdırmışdır.
Daha sonra müəllif, möhkəm qala divarları ilə əhatə edilmiş və orta əsr memarlıq abidələri olan İçərişəhərin çox gözəl qorunub saxlandığını və UNESCO tərəfindən Dünya İrsi siyahısına daxil edildiyini bildirmişdir. Şəhərin əsas görməli abidələrindən biri olan Qız qalası Azərbaycanın simvoluna çevrildiyini, hətta onun təsvirinin milli valyutanın və rəsmi sənədlərin üzərinə həkk edildiyinidən bəhs etmişdir. Bakının təzadlarla dolu olduğunu, buna misal olaraq da şəhərin müasir hissəsində Alov Qüllələri kimi üç göydələndən ibarət tikililərin yerləşdiyini, burada yaşayış, ofis massivləri və böyük otel yerləşdiyini qeyd edir. Bundan əlavə, Xəzər dənizi boyu möhtəşəm bulvar uzandığını, burada eksklüziv brendlər yerləşdirilmiş böyük ticarət mərkəzlərindən tutmuş gəzinti yaxtaları olan limanın da yerləşdiyindən xəbər verir.
Bakının sakinləri barədə məlumat verən müəllif, onların çox ürəyiaçıq və gülərüz olduğunu qeyd etmişdir. Həmçinin o bildirmişdir ki, Azərbaycan dünyəvi dövlətdir, burada əhalinin 90%-dən çoxu islam dininə sitayiş edir, ölkədə çoxdinlilik ilə multikulturalizm ənənələrinin birlikdə mövcud olmasının mümkünlüyü nümayiş etdirilir. Bakıda eyni zamanda tam harmonik şəraitdə yaşayan xristian və yəhudi icmaları da mövcuddur, ölkəni xarakterizə edən tolerantlıq sayəsində heç bir konfrontasiya yoxdur. Bütün bunlar son illər bir sıra beynəlxalq tədbirlərin Bakıda keçirilməsi üçün zəmin yaratmışdır: 2012-ci ildə gənc ifaçıların 57-ci Beynəlxalq Avroviziya Mahnı müsabiqəsi, 2015-ci ildə birinci Avropa Olimpiya Oyunları, cari ilin iyun ayında Azərbaycanın tarixində ilk dəfə Formula 1 Qran-pri yarışları da burada keçirilmişdir. Həmçinin, burada sentyabr ayında 5-ci Beynəlxalq Humanitar forum təşkil edilmişdir. 2016-cı il Respublikada multikulturalizm ili elan edilmişdir və gələn il ərzində, şəhərdə 4-cü İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir.
Bakıda yerləşən hava limanının, mədəniyyət mərkəzlərinin, incəsənət abidələrinin, parkların, möhtəşəm binaların və digər diqqətəlayiq yerlərin Azərbaycanın keçmiş prezidenti, görkəmli dövlət və siyasi xadimi ümummilli lider Heydər Əliyevin adını daşıdığını, Heydər Əliyevin əvəzolunmaz xidmətləri bütün xalqın, dövlətin inkişaf yolunu müəyyən etdiyini və minnətdarlıq əlaməti olaraq, müasir Azərbaycanın tarixində onun adının xüsusi vurğulandığını qeyd etmişdir. Məhz onun rəhbərliyi altında ölkənin Qafqaz regionu ölkələri arasında yüksək inkişaf səviyyəsinə qalxa bildiyini diqqətə çatdırmışdır.

Məqalə ilə http://www.elperuano.pe/suplementosflipping/variedades/481/index.html elektron səhifəsinə daxil olaraq tanış olmaq olar.

Milli.Az


Tags:  Perunun nüfuzlu mətbuat orqanında Qafqazın mirvarisi dərc edildi

RƏYLƏR


Top news