Zaqatalada iki nəfər müəmmalı şəkildə dünyasını dəyişib.
Lent.az-ın ARB Şəki-yə istinadən xəbərinə görə, Zaqatala şəhər sakinləri 1974-cü il təvəllüdlü Talıbov Ömər Saleh oğlu və 1955-ci il təvəllüdlü Adbullayev Adil Nadir oğlu sonuncuya məxsus Afər Mütəllibov küçəsi ev 2 ünvanında yerləşən evdə ölmüş şəkildə aşkar edilib.
İlkin ehtimallara görə ölümə səbəb qida zəhərlənməsi olub.
Faktla bağlı araşdırma aparılır.