Bağlanan bankların əmanətçilərinə 643 milyon manatdan artıq kompensasiya verilib

Bağlanan bankların əmanətçilərinə 643 milyon manatdan artıq kompensasiya verilib
09:29 31 Oktyabr 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

Əmanətlərin Sığortalanması Fondu tərəfindən 28 oktyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 41 milyon 745 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 51 milyon 043 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  26 milyon 136 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 887 min manatdan artıq kompensasiya ödənilib.

 

Bankdan Lent.az-a verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 121 miyon 811 min manatdan artıq kompensasiya verilib.

 

28 oktyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 170 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 880 min manatdan artıq kompensasiya, 2 bank üzrə ümumilikdə 16 milyon manatdan artıq kompensasiya ödənilib.

 

28 oktyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 117 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon manatdan artıq kompensasiya, 3 bank üzrə ümumilikdə 145 milyon manatdan artıq kompensasiya verilib. 28 oktyabr 2016-cı il tarixdə QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 360 milyon 322 min manat artıq kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 643 milyon 133 min manatdan artıq kompensasiya verilib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258109

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR