Dünyada 300 milyon uşaq son dərəcə çirklənmiş hava ilə nəfəs alır

Dünyada 300 milyon uşaq son dərəcə çirklənmiş hava ilə nəfəs alır
09:32 31 Oktyabr 2016
22 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyada təqribən 300 milyon uşaq (Hər yeddi uşaqdan biri) havanın çirklənmə səviyyəsinin son dərəcə yüksək olduğu regionlarda yaşayır.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə bazar ertəsi BMT-nin Uşaq Fondunun (UNİSEF) rəsmi saytında məlumat yerləşdirilib.
"Bu gün bütün dünya üzrə 300 milyon uşaq havanın zəhərli maddələrlə çirklənmə səviyyəsinin son dərəcə yüksək olduğu zonalarda yaşayır. Təqribən 2 milyard uşaq havanın çirklənmə səviyyəsinin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən edilmiş havanın minimal keyfiyyət standartlarına cavab verməyən ərazilərdə yaşayır", - deyə saytda YUNİSEF-in icraçı direktoru Entoni Leykanın sözləri sitat gətirilir.
Bununla yanaşı, o qeyd edib ki, bu məlumatlarda öz evlərində çirkləndirilmiş hava ilə nəfəs alan milyonlarla uşaq nəzərə alınmayıb.
Entoni Leyka bildirib ki, havanın çirkləndirilməsi hər il yaşı 5-dən aşağı olan 600 min uşağın ölümünə səbəb olan mühüm amildir.
Təşkilatın məlumatına görə, çirkləndirilmiş havadan əziyyət çəkən uşaqların böyük hissəsi Cənubi Asiya və Afrika ölkələrində yaşayır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/484704.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR