Türkiyənin "Cümhuriyyet" qəzetinin rəhbəri və yazarı tutulub

Türkiyənin "Cümhuriyyet" qəzetinin rəhbəri və yazarı tutulub
09:32 31 Oktyabr 2016
26 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Türkiyə polisi "Cümhuriyyet" qəzetinin icraçı direktoru Murat Sabuncu, İdarə Heyətənin sədri Akın Atalay və yazarı Güray Özün evində axtarış aparıb.
"Report" "Cümhiriyyet"ə istinadən xəbər verir ki, M.Sabuncu və G.Öz tutulub.
İnformasiyaya görə, A.Atalay xarici ölkədə olduğundan onun həbsinə dair qərarı çıxarılıb.
Qeyd edək ki, "Cümhuriyyet" qəzeti 1924-cü il mayın 7-dən etibarən gündəlik nəşr olunur. Qəzetin adını Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk qoyub. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiyenin-cumhuriyyet-qezetinin-rehberi-ve-yazari-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR